Modern.az

Separatçıların \"diversant\" iddiası: Ukrayna əsgərləri əsir düşdü?

Separatçıların \

20 Fevral 2022, 13:07

Qondarma “DXR”-ın “Dövlət Təhlükəsizlik Nazirliyi” iddia edir ki, fevralın 19-da Donetskdəki “xüsusi təyinatlılar” Ukraynanın “təxribatçı-terrorçu qruplaşması”ın üzvlərini saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat "nazirliyin" saytında yerləşdirilib.

 

İddia edilir ki, “ukraynalı diversantlar” “respublika” ərazisində filtrasiya stansiyalarını, qaz kəmərlərini və elektrik yarımstansiyalarını partlatmağı planlaşdırırdılar.

 

“Dövlət Təhlükəsizliyi Nazirliyi” iddia edir ki, saxlanılma zamanı “diversantlar” cavab atəşi açıb, “xüsusi təyinatlılar” isə yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır