Modern.az

Professor: “Ramiz Mehdiyev elmi tədqiqat apara bilməz”

Professor: “Ramiz Mehdiyev elmi tədqiqat apara bilməz”

Aktual

20 Fevral 2022, 17:02

"Ramiz Mehdiyev vəzifədən çıxandan sonra araşdırma, elmi tədqiqatla məşğul ola bilməz. O, xatirələrini yazacağını deməli idi".

 

Bunu Modern.az-a tarixçi-alim, deputat Anar İsgəndərli deyib. O bildirib ki, Ramiz Mehdiyev yaşında birisi elmi araşdırma ilə məşğul ola bilməz:

 

“Dünya təcrübəsi də göstərir ki, dövlət adamı, hərbi rütbəli şəxslər, siyasətçilər vəzifədən uzaqlaşandan sonra memuarlarını qələmə alırlar. İllər keçir, hətta dünyasını dəyişəndən sonra da həmin insanlar unudulmur.

 

Azərbaycanda o düşüncə yanlışdır ki, vəzifədən gedəndən sonra elmi tədqiqatla məşğul olmaq lazımdır. Ahıl yaşda tədqiqat aparmaq olmur, o yaşda yalnız xatirə yazmaq olar. Mənim də çoxillik dünya təcrübəsindən öyrəndiyim budur ki, tanınmış şəxslərin xatirələri yaşayır”.

 

 

Professor hesab edir ki, AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev xatirələrini yazsa, maraqla oxunacaq:

 

“Onsuz da xatirələr tarixi həqiqət olmur. Müəllifin məharətindən asılıdır. Ürəyindən necə keçirsə, elə təqdim edir. Xatirəni şirinləşdirən odur ki, baş vermiş hadisə rəngli, ifadəli qeyd edilir. Mənbəşünaslıq elminin vəzifələrində qeyd edilir ki, xatirəni mənbə kimi götürmək olmaz. O sadəcə bədii ədəbiyyat nümunəsi kimi oxuna bilər”.

 

Qeyd edək ki, ötən gün AMEA rəhbəri vəzifəsindən istefa ərizəsi qəbul olunan akademik Ramiz Mehdiyev bundan sonra həyatını elmi fəaliyyətə həsr edəcəyini söyləyib.

 

Həmçinin oxuyun:

Ramiz Mehdiyevin AMEA-da SON ÇIXIŞI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!