Deputat Qənirə Paşayeva Xocalı soyqırımının tanıdılması ilə bağlı təkliflə çıxış edib.
Modern.az xəbər verir ki, bu barədə deputat Milli Məclisin bu gün keçirilən iclasında fikir bildirib.
Deputat təklif edib ki, Xocalı soyqırımı ilə bağlı Şəhidlər Xiyabanında abidə yaradılsın:
"Çünki ölkəmizə gələn qonaqlar protokol qaydalarına uyğun Şəhidlər Xiyabanını ziyarət edirlər. Xocalı soyqırımı ilə bağlı abidə var. Amma Şəhidlər Xiyabanında da bir abidə qoyulsa, bu, xarici rəsmilərə tanıtmaq üçün əhəmiyyətli olacaq".