Modern.az

Tahir Mirkişili Paşinyanla görüşündən DANIŞDI

Tahir Mirkişili Paşinyanla görüşündən DANIŞDI

Aktual

25 Fevral 2022, 16:30

"Nikol Paşinyanla görüşdə xeyli pozitiv məqamlar gördüm". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Komitə sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışında Azərbaycanla regionda yeni bir səhifənin açılması ilə bağlı konstruktiv mövqeyini hiss edib: 

 

"Sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və s. Məsələlərdə maraqlı olduğu hiss edilirdi. Xüsusilə, Prezident İlham Əliyevlə görüşlərindən danışaraq, gələcəkdə yenidən müharibə olmaması üçün maraqlı olduğunu bildirirdi".

 

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak ediblər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!