Modern.az

Ukraynalı qaçqınlar Azərbaycandan sığınacaq istəyib? - RƏSMİ

Ukraynalı qaçqınlar Azərbaycandan sığınacaq istəyib? - RƏSMİ

Aktual

28 Fevral 2022, 11:22

Ukraynalılar Azərbaycandan qaçqın statusu almaq üçün müraciət etməyiblər.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

 

Xidmətin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib ki, qaçqın statusu ilə Ukraynadan Azərbaycana gəlmək istəyənlər hələlik yoxdur:

 

“Hazırda müharibə ilə əlaqədar olaraq Ukrayna vətəndaşları ölkəni tərk etməyə çalışırlar. Amma onların daha çox müraciət etdikləri qonşu Avropa ölkələri - Polşa və digərləridir. Azərbaycanda qaçqın statusu almaq istəyənlər müraciət etməyiblər. Yeni məlumat olduğu halda ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında başlanan müharibənin 4-cü günüdür. Hərbi toqquşmalar müxtəlif istiqamətlərdə davam edir. İndiyədək 150 mindən çox ukraynalı ölkəsini tərk edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!