Modern.az

Tahir Kərimlini ölümlə hədələyən şəxs AXTARILIR

Tahir Kərimlini ölümlə hədələyən şəxs AXTARILIR

Aktual

28 Fevral 2022, 11:48

Milli Məclisin deputatı Tahir Kərimlini ölümlə hədələyən şəxs barəsində araşdırma aparılır.

 

Bu barədə Modern.az-a deputat özü məlumat verib.

 

Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib: “Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artıq məlumat vermək istəmirəm”.

 

Qeyd edək ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq “əjdəha” ilə videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!