Modern.az

Suriyadan Azərbaycana 14 uşaq gətirilib

Suriyadan Azərbaycana 14 uşaq gətirilib

Aktual

28 Fevral 2022, 12:06

Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə hesabat İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Hesabatda qeyd edilib ki, həmin vətəndaşların 14-ü uşaq olub.

 

Bununla bərabər Ombudsmanın məruzəsinə görə, Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan 4 uşaq, İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan 38 uşaq, habelə Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan daha 12 nəfərin, onlardan 8-i uşaq olmaqla ölkəyə qaytarılması təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!