Modern.az

Ombudsman minaxtaranların maaşının artırılmasını TƏKLİF ETDİ

Ombudsman minaxtaranların maaşının artırılmasını TƏKLİF ETDİ

Aktual

28 Fevral 2022, 12:08

Ombudsman minaaxtaran vəzifəsində çalışanların əməkhaqlarının artırılmasını təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində öz əksini tapıb.

 

Məruzədə qeyd edilib ki, “Minaaxtaran” vəzifəsində çalışan əməkdaşların işinin həssaslığını, təhlükəliliyini, çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində “minaaxtaran” vəzifəsində çalışan əməkdaşların əməkhaqqları artırılsın.

 

Bundan əlavə məruzədə minaaxtaranların güzəştli şərtlərlə pensiyaya çıxarılması da təklif edilir. Ombudsman tərəfindən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunur.

 

Həmçinin, Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!