Ödənişli parklama yerləri üçün “Vahid parklama kartı” sisteminin tətbiq edilməsi təklif olunub.
Modern.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində məsələ qaldırılıb.
Sənəddə qeyd edilib ki, avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqət artırılsın.