Modern.az

Bir milyondan çox vətəndaşın soyad sonluğu dəyişdirilib

Bir milyondan çox vətəndaşın soyad sonluğu dəyişdirilib

Aktual

1 Mart 2022, 11:37

“Azərbaycanda 1 milyon 200 minə yaxın şəxs soyad sonluğunu dəyişdirmək üçün müraciət edib”.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

 

O bildirib ki, göstəricilər Azərbaycanın müstəqillik qazandığı dövrdən bugünədək qeydə alınan statistikanı əhatə edir: 


“2021-ci ildə isə 8000-ə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. Ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə müraciətlərin sayı çoxalır. Bununla belə, əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. 18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!