Modern.az

Ukraynalı deputatlar Azərbaycana təşəkkür etdilər

Ukraynalı deputatlar Azərbaycana təşəkkür etdilər

Aktual

1 Mart 2022, 17:37

“Ukraynalı deputatlar ümid edirlər ki, Azərbaycanın da səyləri ilə müharibə dayanacaq”.

 

Bu barədə Modern.az-a Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

 

Deputat qeyd edib ki, Ukraynada vəziyyət gərgin olaraq qalır: “Artıq beş gündən çoxdur, metroda, sığınacaqlarda, binaların zirzəmisində qalan insanlar faktiki olaraq, böyük əziyyət çəkirlər. Dostlarımızın verdiyi məlumata görə, mağazalarda ərzaqla bağlı ciddi problemlər var, işləyən apteklər çox azdır. Bütün bunlar insanlar arasında gərginlik yaradır. Tək ümidimiz odur ki, müharibə tez bitsin, itkilər az olsun.

 

Dostlar həmkarlarımız Azərbaycan xalqına, Azərbaycana dərin təşəkkürlərini bildirirlər. Xüsusilə cənab Prezidentə təşəkkür edirlər. Onlar ümid edirlər ki, Azərbaycanın da səyləri ilə müharibə dayanacaq. İtkilər az olacaq, Tezliklə Ukrayna əvvəlki görkəmini özünə qaytaracaq”.

 

 

Qeyd edək ki, Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. 

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!