Modern.az

Qaragüruhçular ictimai rəyi çaşdırır

Qaragüruhçular ictimai rəyi çaşdırır

4 Mart 2022, 11:28

"Bu gün dünyada və regionda ciddi proseslər gedir. Son hadisələr Prezident İlham Əliyevin bütün prosesləri son dərəcə dəqiq proqnazlaşdıraraq ölkəmizin təhlükəsizliyinin və suverenliyinin qorunması istiqamətində ciddi addımlar atdığını bir daha göstərdi". 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, populistlər, qaragüruhçular, siyasi prosesləri sona kimi təhlil etmək bacarığında olmayanlar isə hər zaman olduğu kimi ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışırlar:

 

"Tarixin heç bir dönəmində olmadığı kimi, bu gün də Azərbaycan dövləti heç bir xalqın və ya dövlətin taleyinə biganə, laqeyd deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gücü və imkanları çərçivəsində mümkün olanı hər zaman edib. Münaqişədən əvvəl hər iki ölkəyə səfərlərin edilməsi, böhran vəziyyətində bir sıra dövlətlər hələ tərəddüdlü mövqe nümayiş etdirərkən Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi bu fikri bir daha təsdiq edir. 


Digər xalqların taleyinə biganə yanaşmamaq, onların ağrı-acısını anlamaq, dərdinə şərik çıxmaq Azərbaycan xalqının sülhməramlılığından və insanpərvərliyinidən irəli gəlir. 30 il müharibənin ağır yükünü daşımış, acısını yaşamış bir xalq kimi Azərbaycan xalqı müharibənin və humanitar fəlakətin nə olduğunu çox yaxşı anlayır.
Bu gün ölkəmizin qarşısında çox mühüm vəzifələr durur, olduqca həssas bir dönəmə daxil olmuşuq. Müstəqilliyimizi daha da gücləndirmək, qələbəmizi daha da möhkəmləndirmək kimi çox mühüm vəzifələr durur qarşımızda. Əsas hədəf və məqsəd bu olmalı, ictimai rəy bu istiqamətə yönləndirilməlidir. 


Bu da reallıqdır ki, cəbhə bölgəsində müharibə bitsə də informasiya müharibəsi davam edir. Yenə də ermənilər xaricdə Azərbaycan əleyhinə təbliğatlarını və düşmənçiliklərini müharibədən əvvəl olduğu kimi davam etdirirlər. Bizim isə xalq olaraq bir yolumuz var. O da daha da güclü olmaq, birlik və həmrəyliyimizi qorumaq, Prezidentimiz ətrafında sıx birləşmək, dövlətçiliyimizi daha da gücləndirmək".

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!