Modern.az

Qarabağa səfər edən sərnişinlərin sayı AÇIQLANDI

Qarabağa səfər edən sərnişinlərin sayı AÇIQLANDI

Aktual

9 Mart 2022, 13:30

İşğaldan azad edilmiş ərazilərə mart ayının 1-nə qədər 2072 sərnişin səfər edib.

 

Bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, yanvar ayının 24-dən, mart ayının 1-nə qədər azad olunmuş ərazilərə 50 səfər təşkil olunub.

 

Bakı Beynəlxalq Avtovağzaldan yola düşən sərnişinlərin 606 nəfəri Şuşaya, 357 nəfəri isə Ağdama səfər ediblər.

 

Rəsmi məlumatda həmçinin o da qeyd edilib ki, martın 1-dən etibarən səfərlərin sayı artırılıb. Novruz bayramı günlərində isə Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır