Modern.az

Qarabağın bərpasına 2 milyarddan çox vəsait xərclənib

Qarabağın bərpasına 2 milyarddan çox vəsait xərclənib

Aktual

9 Mart 2022, 14:20

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2 milyard 178,4 milyon manat xərclənib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. 

 

Hesabata görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ayrılan vəsaitin 99 faiz-i icra olunub və beləliklə, ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır