Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq üçün təmaslar intensiv şəkildə davam etdirilib.
Modern.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Hesabata əsasən Ermənistanla münasibətlərin təsis edilməsi üzrə fəaliyyət 2021-ci il ərzində də aparılıb.
Sənəddə, həmçinin qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün regional və regiondankənar tərəfdaş dövlət və beynəlxalq təşkilatlar ilə təmaslar intensiv şəkildə davam etdirilib.