Daha 6 siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edib.
Modern.az xəbər verir ki, bununla da hesabat verən partiyaların sayı 14-ə çatıb.
Ümumilikdə, maliyyə hesabatını təqdim edən siyasi partiyalar bunlardır:
-Vətəndaş Həmrəyliyi Partiyası
-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
- Azərbaycan Liberal Partiyası
- Azərbaycan Respublikaçılar Partiyası
- Ədalət” Partiyası
- Demokratik İslahatlar Partiyası
- Azərbaycan Tərəqqi Partiyası
- Milli Dirçəliş Hərəkatı Partiyası
- Azərbaycan Demokratik Maarifçilik Partiyası
- Azərbaycan Xalq Partiyası
- Müasir Musavat Partiyası
- Böyük Quruluş Partiyası
- Vətəndaş və İnkişaf Partiyası
- Müstəqil Xalq Partiyası (MXP)
Qeyd edək ki, qanunvericiliyə görə, siyasi partiyalar MSK-ya 2021-ci il üzrə maliyyə hesabatını aprelin 1-nə qədər təqdim etməlidirlər.