Modern.az

Ukraynadan gələnlər hansı məktəblərdə oxuyur? 

Ukraynadan gələnlər hansı məktəblərdə oxuyur? 

Aktual

10 Mart 2022, 17:22

Ukraynada davam edən müharibə səbəbindən təxliyə olunan vətəndaşlarımızın məktəbli övladları Azərbaycanda təhsilə cəlb olunur. Bununla bağlı Modern.az-a daxil olan məlumatı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı təsdiqləyib. 

 

Deputat bildirib ki, Azərbaycan bununla bağlı operativ addım atan ilk ölkədir:

 

“Ölkəmizə gələn azərbaycanlıların məktəb yaşlı övladlarının yerləşdikləri rayonlardakı müvafiq məktəblərdə təhsillərini davam etdirməsi üçün də addım atılıb. Məlumatıma görə, şagirdlərin təhsildən geri qalmaması üçün mümkün məsələlər həll edilir”.

 

Ukraynadan təxliyə olunan soydaşlarımızın hansı bölgələrdə təhsilə cəlb olunması ilə bağlı məlumat əldə etmək üçün Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin məlumatında Ukraynadan gələn azərbaycanlılar haqqında bütün məsələlərə mərkəzləşdirilmiş şəkildə Xarici İşlər Nazirliyinin nəzarət etdiyi vurğulandı.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə əməkdaşımıza XİN-lə əlaqə saxlamağı məsləhət gördü.

 

Dərhal Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq, lakin əlavə məlumat ala bilmədik. XİN-dən bildirdilər ki, ölkəmizə təxliyə edilmiş azərbaycanlılar digər problemlərlə bağlı müvafiq strukturlara müraciət etməlidirlər. O cümlədən, təhsil məsələləri ilə aidiyyəti üzrə Təhsil Nazirliyi məşğul olmalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır