Əfqanıstan müharibəsində xəsarət almış azərbaycanlı hərbçilərə pensiyadan əlavə vəsait ödəniləcək.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, Əfqanıstanda xidmət etmiş hərbi qulluqçular pensiya alırlarsa, onlara da əlavələr şamil olunacaq.