Modern.az

ATƏT PA Ukrayna-Rusiya görüşünü təşkil etməyə hazırdı

ATƏT PA Ukrayna-Rusiya görüşünü təşkil etməyə hazırdı

Aktual

14 Mart 2022, 17:18

11-13 mart tarixlərində keçirilən Antaliya Diplomatiya Forumunda ATƏT PA-nı qurumun vitse-prezidenti Azay Quliyev və Baş Katib Roberto Montella təmsil edib.

 

Modern.az xəbər verir ki, ATƏT PA-nın bu gün yaydığı açıqlamaya görə, Azay Quliyev parlament diplomatiyasına həsr olunan paneldə çıxışı zamanı Ukrayna məsələsinə toxunub:

 

"Vəziyyətin nə qədər ağır olmasına baxmayaraq, Ukraynada yaranmış böhranın tezliklə həlli üçün parlament diplomatiyasının imkanlarından maksimum istifadə etmək lazımdır. Bu baxımdan ATƏT PA Ukrayna və Rusiya nümayəndə heyətləri arasında təxirəsalınmadan dioloqu təşkil etmək məqsədilə tərəflərlə təmasdadır. Ümid edirəm ki, belə bir dialoq yaxın zamanlarda mümkün olacaq və ATƏT PA bunun üçün bütün imkanları yaratmağa hazırdır".

 

Baş katib Roberto Montella da öz növbəsində qeyd edib ki, Antaliya Forumu Ukraynada humanitar fəlakətin yaşandığı dövrə təsadüf edir: "Biz əlimizdən gələn hər şeyi etməliyik ki, Ukraynadakı mülki vətəndaşlar bir başa hədəf seçilməsin, humanitar böhranın və  münaqişənin həlli üçün konkret addımlar atılsın".

 

Baş katib Antaliya Diplomatiya Forumunda keçirilən çoxsaylı görüşlərin nəticə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!