"Hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi qəbul olunub".
Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında deyib:
"2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin edilib. "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf prioritetləri" haqqında sərəncama uyğun olaraq, ötən dövrdə önəmli işlər görülüb".
Qeyd edək ki, bu gün parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.