Modern.az

Azərbaycan yeni silahlar və texnikalar alıb

Azərbaycan yeni silahlar və texnikalar alıb

Aktual

15 Mart 2022, 11:24

"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əlillərə və şəhidlərin ailələrinə 2021-ci ildə 3 mindən çox mənzil təqdim edilib". 

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci ildə görülən işlər haqqında hesabatı təqdim edərkən deyib. 

 

Baş nazir qeyd edib ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən 354 milyon manat vəsait ayrılıb:

 

"2021-ci ildə Ordunun inkişaf etdirilməsi istiqamətində addımlar atıldı. Bu baxımdan, Komando qüvvələrinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu qüvvələrin yaradılması döyüş qabiliyyətinin artırılmasına gətirib çıxarıb".

 

Ə.Əsədov çıxışında onu da qeyd edib ki, ötən il yeni silahlar və hərbi texnikalar alınıb. Ordunun maddi-texniki bazası gücləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!