Modern.az

Əli Əsədov hökumətin hədəflərini AÇIQLADI

Əli Əsədov hökumətin hədəflərini AÇIQLADI

Aktual

15 Mart 2022, 11:36

"Prezident İlham Əliyevin yerli TV kanallarında verdiyi müsahibədə hökumətin qarşısında vacib məqsədlər qoyub".

 

Modern.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisdə 2021-ci ildə görülən işlər haqqında hesabatı təqdim edərkən deyib. 

 

Baş nazir həmçinin, 2022-ci ildə hökumətin hədəfində olan məsələləri açıqlayıb:

 

"2022-ci ildə dayanıqlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, xərclərin optimallaşdırılması, qənaət rejimində istifadəsi, anti-inhisar siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi, rəqabətli insan kapitalı, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, idxaldan asılılığın azaldılmasına nail olmaq və digər hədəflər qarşıya qoyulub. Aqrar sahənin inkişafında əsaslı dönüş yaratmalıyıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır