Modern.az

Baş nazir sərhədlərin nə vaxt açılmasına aydınlıq gətirdi

Baş nazir sərhədlərin nə vaxt açılmasına aydınlıq gətirdi

Aktual

15 Mart 2022, 17:12

Baş nazir Əli Əsədov Milli Məclisdə quru sərhədlərinin nə zaman açılacağı ilə bağlı məsələyə münasibət bildirib. 

 

Modern.az-ın məlumatına görə, Baş nazir xatırladıb ki, pandemiya dövründə quru sərhədlərinin bağlanmasına qərar verilib.

 

"Pandemiya azalıb, amma tam aradan qalxmayıb. Hava nəqliyyatı ilə məhdudiyyətsiz gediş-gəliş var. Ayın 21-dən etibarən Rusiya da hava nəqliyyatı ilə gediş-gəlişi bərpa edəcək.Dağıstandakı soydaşlarımızın məsələsi ilə bağlı fikir səsləndirildi. Bu, diqqətdədir, amma qəti qərar deyə bilmərəm",- Baş nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır