Modern.az

MSK Şahin Seyidzadəyə görə iclas çağırdı

MSK Şahin Seyidzadəyə görə iclas çağırdı

Aktual

16 Mart 2022, 14:57

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda Milli Məclisin deputatı Şahin Seyidzadənin mandatından imtina etməsi ilə bağlı ərizəsinə baxılması gözlənilir. 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən deputat Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Qanunvericiliyə uyğun olaraq, deputat dövlət orqanlarında vəzifə tutduğu halda Milli Məclisdə təmsil oluna bilməz. Bu səbəbdən Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb. 

 

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Modern.az-a açıqlamasında bildirib ki, deputatın mandatından imtina etməsi barədə Milli Məclis rəhbərliyinə ünvanlanan ərizə Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

 

Onun sözlərinə görə, MSK 2 ay müddətində məsələ ilə bağlı araşdırma aparıb, müvafiq qərarı təqdim edəcək. Bundan sonra deputat mandatından məhrum ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır