Ukraynadan 9500-dən artıq şəxs Azərbaycana təxliyə olunub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib.
Xidmət rəisi deyib ki, Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır:
"Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkədə qalma müddəti 90 gündür. Həmin şəxslərin bu müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki çoxsaylı sığınacaq müraciəti daxil olmayıb".