"VII qurultayda Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq YAP-da ciddi dəyişikliklər davam edir".
Modern.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.
O bu gün YAP İdarə Heyətinin genişləndirilmiş iclasının keçirildiyini vurğulayıb:
"İclasda “YAP Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədi qəbul edildi. Sənəd layihəsinin hazırlanmasında UNEC mütəxəssislərinin fəal iştirakı və layihənin mənim tərəfimdən təqdim edilməsi xüsusilə sevindiricidir".
