Modern.az

İndiyədək fevralda bu qədər qar yağmamışdı - NAZİRLİK

İndiyədək fevralda bu qədər qar yağmamışdı - NAZİRLİK

Aktual

18 Mart 2022, 16:26

“Fevral ayında qar yağıntısı ilə bağlı belə intensivlik qeydə alınmamışdı”.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saat”ında deyib.

 

O bildirib ki, havanın kəskin dəyişməsi Rusiya üzərindən sıxlaşdırıcı bulud siklonunun, ölkə ərazisində isə Aralıq dənizi istiqamətindən soyuq siklonların artmasıdır:

 

“Yaxın günlərdə qeyri-sabit hava şəraiti davam edəcək. Ümumilikdə götürsək, son illərdə mart ayı soyuq keçir. Bu iqlim dəyişikliyi ilə bağlıdır. Bu ay Abşeron yarımadasında yağıntı aylıq normadan çox olub. Respublikanın bir sıra bölgələrində - Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib.”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır