Modern.az

YAP-ın gəlir və xərcləri açıqlandı

YAP-ın gəlir və xərcləri açıqlandı

Aktual

18 Mart 2022, 16:47

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında 2021-ci ilin maliyyə hesabatı müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, hesabata əsasən, partiyanın ötənilki gəlirləri ümumi olaraq 13 156 300 manat təşkil edib. 

 

Bundan əlavə, hesabatda qeyd edilən xərc məbləği isə 10 649 516 manat göstərilib.

 

Qeyd edək ki, ötən il dövlət büdcəsindən iqtidar partiyasına 1 888 232 manat vəsait ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır