Modern.az

Qarabağda hidrometeoroloji stansiyalar quraşdırılır

Qarabağda hidrometeoroloji stansiyalar quraşdırılır

Aktual

18 Mart 2022, 17:20

Qarabağ bölgəsində 11 hidrometeoroloji stansiya quraşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saat”ında danışıb.

 

O bildirib ki, iyun ayına qədər azad olunmuş ərazilərdə həmin stansiyaların quraşdırılması gözlənilir:

 

"Hidrometeoroloji proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiyalar quraşdırılır. Onlardan 11-i işğaldan azad edilmiş ərazilərdə olacaq. Bu stansiyalar orada hava proqnozlarının dəqiqliyinə xidmət göstərəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır