Modern.az

Kürdə vəziyyət yaxşıya doğru DƏYİŞİR

Kürdə vəziyyət yaxşıya doğru DƏYİŞİR

Aktual

18 Mart 2022, 17:22

"Kür çayı üzərindəki müşahidələrə görə, hazırda suyun miqdarında ən aşağı səviyyə göstəriciləri qeydə alınıb".

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saat”ında danışıb.

 

O bildirib ki, mart ayında yağıntıların intensivliyi ilə əlaqədar Kürün aşağı axınında vəziyyətin yaxşılığa doğru dəyişməsi gözlənilir:

 

"Qarşıda aprel, may, iyun aylarında gur sululuq dövrü gözlənilir. Biz ümid edirik ki, vəziyyətin tədricən yaxşılığa doğru dəyişməsinin şahidi olacağıq. Kür çayında duzluluqla bağlı son monitorinq nəticələrinə görə, çayda suyun həcminin artması ilə bağlı artıq duzluluq da azalmaqdadır. Vəziyyət yaxşılığa doğru dəyişir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır