Modern.az

Güclü külək Şəmkiri işıqsız qoydu

Güclü külək Şəmkiri işıqsız qoydu

Aktual

20 Mart 2022, 10:59

Dünəndən başlayaraq Şəmkirdə müşahidə olunan güclü külək sakinləri bayram günündə işıqsız qoyub.

 

Bu barədə Modern.az-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, ötən gündən elektrik enerjisinin verilməsində problemlər yaranıb.

 

Bəzi hallarda elektrik enerjisi fasilələrlə verilib. Gecədən isə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.

 

Sakinlər elektrik enerjisinin nə zaman bərpa olunacağı haqda aidiyyatı qurumlardan məlumat ala bilmədiklərini söyləyiblər.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır