Modern.az

Rusiya-Ukrayna savaşını Türkiyə qazana bilər

Rusiya-Ukrayna savaşını Türkiyə qazana bilər

Aktual

20 Mart 2022, 11:12

Rusiya-Ukrayna müharibəsini Türkiyə qazana bilər.

 

Modern.az xəbər verir ki, məşhur "Bild" nəşri belə bir iddia irəli sürüb.

 

Bildirilir ki, müharibə edən tərəflər arasında diplomatik əlaqələrin yaranması üçün səy göstərən Türkiyənin prosesdə qazanan ölkə olması ehtimalı çox yüksəkdir.

 

"Müharibənin nə zaman bitəcəyi dəqiq deyil. Buna görə də prosesdə qazanan ölkələrdən biri Türkiyə ola bilər. Rusiya Qərb şirkətlərinin əvəzinə Türkiyə şirkətlərini seçəcək. Bundan başqa, Rusiyadan çıxan ABŞ şirkətlərinin yeni ünvanı Türkiyə ola bilər, daha doğrusu, ən yüksək ehtimalla belə olacaq", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır