Modern.az

“Putin siyasət səhnəsini tərk edəcək” - POLİTOLOQ

“Putin siyasət səhnəsini tərk edəcək” - POLİTOLOQ

Aktual

21 Mart 2022, 11:26

“Vladimir Putinin irəli sürdüyü 6 bənd təklif deyil. Ukraynanı kapitulyasiyaya, qeyd-şərtsiz təslim olmağa çağıran mənasız şərtlərdir”.

 

Bu sözləri Modern.az-a Rusiya-Ukrayna müharibəsinin nəticəsi haqqında proqnozlarını ifadə edən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, bu günədək əziyyət çəkən, itki verən Ukrayna xalqının məğlubiyyətə razılaşması çətin məsələdir.

 

“Rusiya xalqı özü seçim qarşısındadır. Addımları əqli-intellektual cəhətdən şübhə doğuran bir şəxsin dediyi ilə oturub-durmağa razılaşacaq, yoxsa yox?! Danışıqlar, atəşkəs mümkün olmayacaq. Rusiya qalib kimi davransa da, məğlubiyyətə bərabər durumdadır. Üstəlik, suveren dövlətin ərazisinə iddialarını açıq surətdə ortaya qoyub. Bunu nə dünya, nə də Ukrayna xalqı qəbul edəcək. Putin siyasət səhnəsini rüsvayçılıqla tərk edəcək”, - politoloq Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya atəşkəs üçün irəli sürdüyü 6 tələbi dəyərləndirərkən bildirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün 6 tələb irəli sürüb. Putin bu tələbləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

 

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkinci tələb Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı prosesdir”, -  Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

 

Bundan əlavə, Putin Ukraynanın Krımın ilhaqını, Donetsk və Luqansk qondarma “respulika”larını tanımasını tələb edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır