Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün kredit ayırır.
Modern.az xəbər verir ki, bankın bu barədə yaydığı məlumata görə, kreditin məbləği 51 milyon ABŞ dolları nəzərdə tutulub.
Xatırladaq ki, Qaradağ GES-in layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.
Kredit layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə ayrılacaq.