Modern.az

Deputatdan idmanın inkişafına töhfə - FOTOLAR

Deputatdan idmanın inkişafına töhfə - FOTOLAR

Aktual

25 Mart 2022, 13:36

Salyan şəhəri, M.Ə.Sabir küçəsi ev 3, mənzil 6 ünvanında yaşayan Quliyev Fəxrəddin Aydın oğlu məşqçisi olduğu Boks İdman Məktəbinin zalının döşəməsi üçün xüsusi örtüyün alınmasına köməklik göstərilməsi ilə bağlı deputat Jalə Əhmədovaya müraciət edib.

 

Modern.az xəbər verir ki, məşqçinin xahişinə biganə yanaşmayan deputat problemin həll edilməsinə nail olub:

 

"Təbii olaraq, idmanın inkişafı ilə bağlı məsələyə biganə qala bilməzdim. Heç bir ay keçməmiş boks zalının döşəməsi üçün xüsusi yumşaq örtüklər aldım və Salyan rayonundan olan uşaq və yeniyetmələrin məşq etdiyi Boks İdman Məktəbinin zalı tam döşəndi. Bununla da rayonda idmanın inkişafına və idmançılarımızın yeni-yeni nailiyyətlər qazanmasına töhfə vermiş oldum".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır