Modern.az

Ukraynada daha bir rus generalı ÖLDÜRÜLDÜ

Ukraynada daha bir rus generalı ÖLDÜRÜLDÜ

Aktual

25 Mart 2022, 15:11

Ukraynanın cənubundakı komanda məntəqəsinə endirilən aviazərbə nəticəsində rusiyalı general həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.

 

Generalın ölüm xəbərini deputat Yuri Mısyagin də təsdiqləyib. 

 

Deputat bildirib ki, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev Çernobaevkada ölüb. Daha sonra Vikipediyada generalın ölümü ilə bağlı məlumat yerləşdirilib.

 

Qeyd edək ki, fevralın 24-dən - müharibə başlayandan indiyə qədər Rusiya ordusu artıq yeddinci generalını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır