Modern.az

“Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək” - NAZİR

“Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək” - NAZİR

Aktual

25 Mart 2022, 17:38

"Müharibənin nə zaman bitəcəyi heç kimə bəlli deyil".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Nazir bildirib ki, Ukraynanın qalib gələcəyinə şübhə yoxdur:

 

"Bu müharibədə qələbə qazanmaq biz ukraynalılar üçün öz kimliyimizi və ölkəmizi xilas etmək deməkdir. Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək. Kədərlənmək, illüziyaya qapılmaq olmaz, lazım gəldiyi qədər savaşacağıq, çünki bizim ölkəmiz, gələcəyimiz, kimliyimiz təhlükə altındadır".

 

XİN rəhbəri Ukraynanın müharibədən sonrakı ssenarilərə baxmalı olduğunu vurğulayıb:

 

"Hazırda Ukraynanın təhlükəsizliyinin təminatı üçün həll yolları axtarılır. NATO-nun bizim bütün problemlərimizi həll edəcəyini deyə bilmərik. Amma NATO-dan imtina etmək demək də mübaliğə olardı".

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır