Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.
Modern.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib ki, bayram günlərində respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 000-dən çox meşəcinsli ağac tingi əkilib, 300 kq toxum səpilib.