Modern.az

“Ukraynadan zəng edib, rusları komissarlığa çağırırlar” - GENERAL 

“Ukraynadan zəng edib, rusları komissarlığa çağırırlar” - GENERAL 

Aktual

26 Mart 2022, 16:40

"Ukrayna xüsusi xidmət orqanları Rusiya vətəndaşlarına zənglər edərək, onları ehtiyatdan hərbi komissarlığa çağırırlar".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

General Rusiya vətəndaşlarını Ukrayna ərazisindən edilən zənglərə inanmamağa çağırıb.

 

"Bu zənglər həqiqətə uyğun deyil və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi ehtiyatda olan heç bir vətəndaşı hərbi komissarlıqlara çağırmır və çağırmağı planlaşdırmır", - deyə nazirlik rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır