Modern.az

Fəxri adlara görə verilən təqaüdlərin məbləği AÇIQLANDI

Fəxri adlara görə verilən təqaüdlərin məbləği AÇIQLANDI

Aktual

29 Mart 2022, 12:26

"Azərbaycanın sosial-iqtisadi inkişafında xidmətləri olan, fəxri ad alan şəxslərə təqaüdlər verilir".

 

Modern.az xəbər verir ki, bunu "Sosial saat"da vətəndaşların suallarını cavablandıran Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov söyləyib. O qeyd edib ki, Xalq artisti və Xalq rəssamı fəxri adları almış şəxslərə 180 manat təqaüd müəyyən edilib:

 

"Prezidentin müvafiq sərəncamlarına əsasən Xalq artisti, Xalq yazıçısı və digər fəxri adlar alan şəxslərə bu müavinətlərin ödənilməsi həyata keçirilir. Əməkdar elm xadimi, Əməkdar jurnalist və s. adları almış şəxslər isə 120 manat məbləğində müavinət alırlar". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır