Modern.az

Balıq ovuna qadağa qoyuldu

Balıq ovuna qadağa qoyuldu

Aktual

29 Mart 2022, 17:11

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında 1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Moratorium sentyabrın 1-dək davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

 

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir. F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb. 

 

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovlaya bilərlər”.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır