Modern.az

Məzarları açılan naməlum şəhidlərin kimliyi hələ də müəyyən edilməyib

Məzarları açılan naməlum şəhidlərin kimliyi hələ də müəyyən edilməyib

Aktual

31 Mart 2022, 09:12

Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlərdən götürülmüş nümunələr ekspertiza mərhələsindədir.

 

Bu barədə Modern.az-a Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

 

O xatırladıb ki, həmin qəbirlərdən nümunələr prokurorluq əməkdaşları tərəfindən götürülüb:

 

“Hələlik ekspertizanın nəticələri haqqında bizə məlumat verilməyib. Qəbirlər açıldı, nümunələr götürüldükdən sonra bağlandı. İndi cavabları gözləyirik. Ona uyğun olaraq, naməlum şəhidlərin şəxsiyyəti müəyyənləşdiriləcək. Bundan sonra əgər onların yaxınları, qohumları bizə müraciət edərsə, mərhum şəxslərin şəkilini gətirərlərsə, qəbirüstü abidələr yeniləcək, üzərinə onların şəkilləri vurulacaq, adları yazılacaq”.

 

Prosesin hansı mərhələdə olduğunu öyrənmək üçün Baş Prokurorluqla əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ekspertiza nəticələri haqqında hələlik məlumat yoxdur:

 

“Hər hansı məlumat olduqda mütləq ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd edək ki, ötən ilin yay aylarında Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlər açılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır