“Novruz bayramı günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gündəlik müraciət sayı 1800-ə çatıb”.
Modern.az xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva məlumat verib.
O bildirilib ki, bayramdan öncə təcili yardıma gündəlik 1400-1600 müraciət daxil olurdu:
“Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı 1700-1800 civarında dəyişirdi. Ümumilikdə tonqal ətrafında xəsarət alanlar barədə müraciətlər olmadı. Lakin axır çərşənbə günü, yəni martın 15-i yanıq xəsarəti alan 3 nəfər təcili yardıma müraciət etmişdi. Bunlar azyaşlı uşaqlar idi. Lakin ciddi xəsarət olmadığına görə, onlara ilkin tibbi yardım göstərilib, yola salındı”.