Fərrux yüksəkliyində tapılan insan qalıqlarının ekshumasiyası aparılacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, həmin ərazilərdə və bölgənin ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.
Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində Azərbaycan ordusunun 62 hərbçisi itkin düşüb.
Hərbçilərin siyahısı ilə BURADAN tanışa ola bilərsiniz.