Modern.az

Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI

Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI

Aktual

31 Mart 2022, 14:21

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.

 

Bu barədə Modern.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.

 

Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. 

 

Ölən şəxslərin məktəbin tikintisində iştirak edən 24-30 yaşlı fəhlələr olduğu bildirilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır