"Naxçıvanda çökən məktəbin dağıntıları altında qalanların olması ehtimal edilmir".
Bunu Modern.az-a açıqlamasında 6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva deyib.
Deputatın sözlərinə görə, məktəb binasında uçqun baş verməsi nəticəsində xəsarət alan şəxslər dağıntılar altından çıxarılıb.
"Babək rayonu, Nehrəm qəsəbəsində inşası aparılan 3 saylı tam orta məktəbin binası çöküb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb. Xəsarət alanların və ya ölənlərin sayında artım olacağı gözlənilmir", - deyə deputat vurğulayıb.
Hadisənin səbəbinə gəlincə, bununla bağlı araşdırma aparılacağı bildirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.
Həmçinin oxuyun:
Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI