Modern.az

Məktəb uçqununda yaralanan fəhlənin durumu NECƏDİR?

Məktəb uçqununda yaralanan fəhlənin durumu NECƏDİR?

Aktual

1 Aprel 2022, 10:00

Naxçıvanda məktəbin uçması nəticəsində yaralanan şəxsin vəziyyəti stabildir.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, hadisə zamanı xəsarət alan şəxs, 1996-cı il təvəllüdlü Alı Əliyev hazırda şöbədə müalicə alır. Onun vəziyyəti stabildir.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən dörd nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır