Modern.az

Peskov: “Türkiyə NATO-da ən suveren dövlətdir”

Peskov: “Türkiyə NATO-da ən suveren dövlətdir”

Aktual

3 Aprel 2022, 09:54

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ərdoğanın prezidentliyi dövründə Türkiyənin NATO üzvləri arasında ən suveren dövlət olduğunu deyib.

 

Modern.az-ın xəbərinə görə, Peskov bu barədə Belarus dövlət televiziyasına müsahibəsində danışıb.

 

Rusiya və Ukrayna nümayəndələrinin İstanbul görüşündən söz açan Peskov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük və güclü siyasi lider, Türkiyə isə böyük regional qüvvədir:

 

"Ərdoğan ölkəsinin maraqlarını müdafiə etməkdən güc alır. Türkiyə ilə əlaqələrimiz əladır, baxmayaraq ki, Rusiya ilə Türkiyə arasında münasibətlərdə fərqli baxışlar var və iki ölkə bəzən bir-birini tam başa düşə bilmir. Tərəfdaşlıq münasibətləri qarşılıqlı maraqlar əsasında davam edir və nəhəng iqtisadi layihələr həyata keçiririk. Regionda həmişə kifayət qədər böyük güc olan Türkiyə uzun illərdir NATO-nun üzvüdür. Amma xüsusilə Ərdoğanın prezidentliyi dövründə NATO üzvləri arasında Türkiyə ən suveren dövlət oldu".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır