"Nazirlər Kabinetinin hesabat müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm"
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib.
Deputat ötən plenar iclasda Bakı-Quba yolu ilə bağlı Baş nazirə müraciət etdiyini xatırladıb:
"Nazirlər Kabinetinin hesabatının müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar gedib gəlirlər. Ona görə, yoldakı problemləri bilirlər. Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın".