"Bələdiyyələrlə bağlı kifayət qədər qanun var. Lakin bu qanunların toplanıb, Bələdiyyə Məcəlləsində birləşdirilməsi lazımdır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, məsələ ilə əlaqədar Milli Məclisdə iş aparılır: "Aidiyyatı qurumların buna dəstək göstərməsini gözləyirik".
Bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələyə gəlincə, komitə sədri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr təşkil edildikdə, təxmini 500 əlavə bələdiyyənin yaradılması mümkün olacaq:
"Ona görə bələdiyyələrin birləşdirilməsi vacibdir. Gəncə Sumqayıt kimi iri şəhərlərdə vahid bələdiyyələrin yaradılması, bu effektiv olarsa, Bakı böyük şəhər bələdiyyəsinin yaradılması təklif edilə bilər".